
Redmi K80 seriyasına kompakt ölçülü modellər daxil olacaqlar
Cihazlar+
21.10.2024
Emil
Keçən həftə məlumat ortaya çıxdı ki, Redmi brendi Redmi K80 smartfonları ilə yanaşı kompakt ölçülü smartfonunu da təqdim etməyə hazırlaşır. Məlumatda qeyd edilmişdi ki, Redmi-nin kompakt ölçülü smartfonu 6.3 düym ölçülü ekranı əldə etməli və özündə 6000 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. İndi isə insayderlər xəbər veriblər ki, Redmi brendi 1 deyil, 2 ədəd kompakt smartfonu təqdim etməyə hazırlaşır və onlar Redmi K80 seriyasına daxil olacaqlar. İnsayderlər həmçinin kompakt smartfonların hansı prosessorlar vasitəsilə çalışacaqlarını da açıqlayıblar.
Beləliklə onların sözlərinə əsasən smartfonlardan biri MediaTek Dimensity 9400 prosessorunu, digəri isə Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) prosessorunu əldə edəcək. Bununla belə Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq smartfon gələn ilin əvvəlində təqdim oluna bilər. Qeyd etmək lazımdır ki, hal-hazırda Redmi K80 seriyasının yalnız iki modeli barəsində məlumat var. Adi Redmi K80 və K80 Pro. Bu smartfonların artıq gələn ay təqdim olunacaqları gözlənilir. Adi Redmi K80 modelinin Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə, K80 Pro modelinin isə Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacağı güman edilir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
