Logo
    main-post-cover

    Redmi K80 smartfonları hansı prosessorları və hansı həcmdə batareyanı əldə edəcəklər?

    Cihazlar+
    04.04.2024
    Sabina
         Xiaomi-nin Redmi brendi bu ilin sonuna yaxın Redmi K80 smartfon seriyasını təqdim etməlidir. İndi isə insayderlər bu seriyaya daxil olacaq smartfonların hansı batareya həcmini əldə edəcəkləri və hansı prosessorlar vasitəsilə çalışacaqlarını açıqlayıblar. İlk növbədə insayderlər bildiriblər ki, sözügedən seriyaya minimum iki smartfon daxil olacaq. Redmi K80 və K80 Pro. İnsayderlərin sözlərinə əsasən adi Redmi K80 modeli Snapdragon 8 Gen 3 prosessorunu, Redmi K80 Pro modeli isə Snapdragon 8 Gen 4 prosessorunu əldə edəcək. Batareyaya gəldikdə isə məlumatda qeyd edilib ki, smartfonlar 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaqlar. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilin sonunda təqdim edilmiş Redmi K70 K70 Pro smartfonları 5000 mAh enerji tutumlu batareyaya sahibdirlər.
    Paylaş