
Redmi K80 smartfonları qlobal bazarda da satışa çıxacaqlar
Cihazlar+
11.10.2024
Emil
Xiaomi-nin Redmi brendi artıq gələn ay Redmi K80 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya minimum iki model daxil olacaq. Redmi K80 və K80 Pro. İndi isə məlumat ortaya çıxıb ki, Redmi K80 smartfonları təkcə Çində satılmayacaqlar. Ortaya çıxmış yeni məlumatda qeyd edilib ki, daha öncə eksklüziv olaraq yalnız Çində satılacağı planlaşdırılsa da, Redmi K80 Pro modeli həmçinin qlobal bazarda da satışa çıxacaq.
Qlobal bazarda smartfon POCO brendi altında satılacaq. Lakin smartfonun POCO brendi altında hansı ada sahib olacağı məlum deyil. Eynilə adi Redmi K80 modelinin də POCO brendi altında hansı ada sahib olacağı bilinmir. Lakin aydın olan odur ki, Redmi K80 modeli Snapdragon 8 Gen 3 prosessoru, Redmi K80 Pro modeli isə Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) prosessoru vasitəsilə çalışacaq. Redmi K80 seriyasının qlobal versiyası çox güman ki, gələn ilin əvvəlində təqdim olunacaq.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
