Logo
    main-post-cover

    REDMI K90-nın rəsmi fotoları təqdim edilib

    Cihazlar+
    22.10.2025
    Emil
         REDMI brendi artıq sabah REDMI K90 smartfon seriyasını təqdim edəcək. Hələ keçən həftə brend rəsmi şəkildə REDMI K90 Pro Max modelinin fotolarını təqdim etmişdi. Aydın idi ki, bu seriyaya digər modellər də daxil olacaq və onlardan biri adi REDMI K90 olacaq. İndi isə brend adi REDMI K90-nın fotolarını təqdim edib. Fotolardan da görünür, adi REDMI K90 modeli xarici görünüşcə REDMI K90 Pro Max modelindən o qədər də fərqlənməyəcək. REDMI K90 smartfonu yastı gövdə dizaynına sahibdir və onun arxa panelində düzbucaq formalı kamera sahəsi yerləşir. Kamera sahəsinin daxilində 3 ədəd kamera mövcuddur. Kameraların yanında isə “Sound by Bose” yazısını görmək olar. Bu, Xiaomi-nin audio mövzusunda Bose şirkəti ilə əməkdaşlığını əks etdirir. Posterlərdən birində isə qeyd edilib ki, sözügedən smartfon 6.59 düym ölçülü ekranı əldə edib.
    Paylaş