
REDMI K90 Pro Max-ın təqdimatı anons edilib və dizaynı sərgilənib
Xiaomi-nin REDMI brendi öz növbəti flaqman smartfonu olacaq REDMI K90 Pro Max-ın təqdimatını anons edib və onun xarici görünüşünü sərgiləyib. REDMI-nin elanına əsasən bu yeni smartfon 23 oktyabr tarixində təqdim olunacaq. Yeni smartfonun adını nəzərə alsaq, güman etmək olar ki, həmin gün digər REDMI K90 modelləri də təqdim olunacaq və onlar müvafiq olaraq K90 və K90 Pro adlanacaqlar. Fotolardan da görmək olar ki, REDMI K90 Pro Max smartfonu yastı gövdə dizaynına sahibdir və onun arxa panelində düzbucaq formalı kamera sahəsi yerləşir. Kamera sahəsinin daxilində 3 ədəd kamera mövcuddur. Kameraların yanında isə “Sound by Bose” yazısını görmək olar. Bu, Xiaomi-nin audio mövzusunda Bose şirkəti ilə əməkdaşlığını əks etdirir.




Paylaş