REDMI K90 Pro Max smartfonu 7000 mAh-dan daha böyük həcmli batareyanı əldə edəcək
Xiaomi-nin REDMI brendi sabah REDMI K90 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də REDMI K90 Pro Max olacaq. Təqdimatdan öncə brend bu modelin hansı həcmdə batareyanı əldə edəcəyini rəsmi şəkildə açıqlayıb. Beləliklə REDMI tərəfindən təqdim edilmiş posterə əsasən REDMI K90 Pro Max smartfonu 7560 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bu, Xiaomi smartfonları arasında ən böyük həcmli batareya olacaq. Bundan əlavə olaraq posterdə qeyd edilib ki, smartfon 100 vatt gücündə sürətli naqilli şarj texnologiyasını, 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını və 22.5 vatt gücündə sürətli əks şarj texnologiyasını dəstəkləyəcək. Əks şarj texnologiyası dedikdə smartfonun qulaqlıqlar və ağıllı saatlar kimi cihazları şarj edə biləcəyi nəzərdə tutulur.
Paylaş