Logo
    main-post-cover

    REDMI K90 Pro smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    14.10.2025
    Emil
         Xiaomi-nin REDMI brendi ilin sonuna kimi REDMI K90 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya minimum iki model daxil olacaq: REDMI K90 və K90 Pro. İndi isə məlum olub ki, REDMI K90 Pro modeli Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Gekebench-in məlumatlar bazasına əsasən REDMI K90 Pro-nun prosessoru özündə 3.63 GHz tezlikli 6 ədəd nüvəni və 4.61 GHz tezlikli 2 ədəd nüvəni birləşdirir. Bu göstəricilər isə Snapdragon 8 Elite Gen 5 flaqman prosessoruna işarə edirlər. Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, REDMI K90 Pro qutudan Android 16-nı əldə edəcək. Beləliklə smartfon Geekbench-in birnüvəli testi çərçivəsində 3559 xal, çoxnüvəli testi çərçivəsində isə 11060 xal toplayıb.
    Paylaş