
REDMI K90 smartfonu Geekbench testlərindən keçib
Xiaomi-nin REDMI brendi yaxın zamanda REDMI K90 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya bir neçə model daxil olacaq və onlardan biri də adi REDMI K90 olacaq. İndi isə məlum olub ki, REDMI K90 modeli Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən REDMI K90-nın prosessoru özündə 2 ədəd 4.32 GHz tezlikli nüvəni və 6 ədəd 3.53 GHz tezlikli nüvəni birləşdirir. Bu göstəricilər isə Qualcomm-un yeni Snapdragon 8 Elite Gen 5 prosessoruna işarə edirlər. Geekbench testlərindən REDMI K90-nın 16 GB RAM-a sahib versiyası keçib. Bundan əlavə olaraq Geekbench sayəsində məlum olub ki, smartfon qutudan Android 16-nı əldə edəcək. Smartfon Geekbench-in birnüvəli testi çərçivəsində 3080 xal, çoxnüvəli testi çərçivəsində isə 9382 xal toplayıb.

Paylaş