Logo
    main-post-cover

    REDMI K90 və K90 Pro Max təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    23.10.2025
    Emil
         Xiaomi-nin REDMI brendi öz yeni flaqman smartfon seriyasını təqdim edib. Söhbət, REDMI K90 seriyasından gedir. Seriyaya iki model daxil olub: REDMI K90 və K90 Pro Max. Bu smartfonlar xarici görünüşcə demək olar bir-birilərinə bənzəsələr də texniki imkanlar baxımından fərqlənirlər. Beləliklə REDMI K90 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2510x1156 piksel keyfiyyətli 6.59 düym ölçülü OLED ekranla, REDMI K90 Pro Max modeli isə 120 Hz-lik təsvir yenilənməsinə sahib 2608x1200 piksel keyfiyyətli 6.9 düym ölçülü OLED ekranla təchiz olunub. Hər iki smartfonda ekranın maksimal parlaqlıq səviyyəsi 3500 nit təşkil edir.
         Üstəlik smartfonlarda gövdə IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. REDMI K90 modeli Snapdragon 8 Elite prosessoru vasitəsilə, REDMI K90 Pro Max modeli isə Snapdragon 8 Elite Gen 5 prosessoru vasitəsilə çalışır. Hər iki smartfon 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. REDMI K90 modeli özündə 50 MP + 8 MP + 50 MP üçlü arxa kamera ilə 20 MP-lik ön kameranı, REDMI K90 Pro Max modeli isə özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kamera ilə 32 MP-lik ön kameranı birləşdirir.
         Batareyalara gəldikdə, REDMI K90 modeli 7100 mAh enerji tutumlu batareya ilə, REDMI K90 Pro Max modeli isə 7560 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər iki smartfon 100 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. REDMI K90 Pro Max modelində isə üstəlik 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyi reallaşdırılıb. REDMI K90 smartfonları artıq Çində satışa çıxıblar. REDMI K90-nın qiyməti 364$-dan, REDMI K90 Pro Max-ın qiyməti isə 561$-dan start götürür.
    Paylaş