
Redmi Note 12 Turbo smartfonu təqdim edilib - QİYMƏTİ
Redmi brendi Çində Redmi Note 12 Turbo adlı yeni smartfonunu təqdim edib. Təqdim edilmiş bu yeni smartfon orta səviyyəli smartfonlar siyahısına daxil olsa da, o özündən daha flaqman olan smartfonlardan geri qalmır. Redmi Note 12 Turbo modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym OLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşdirilib.
Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfon özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi, naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi və Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirir. Redmi Note 12 Turbo modeli Snapdragon 7+ Gen 2 prosessoru vasitəsilə çalışır. Qeyd etmək lazımdır ki, sözügedən prosessor bir neçə müddət bundan öncə təqdim olunub və Redmi Note 12 Turbo modeli onu əldə etmiş ilk smartfon oldu.
Digər texniki özəlliklərə gəldikdə isə smartfon 8/12/16 GB RAM, 256/512 GB və 1 TB daxili yaddaş həcmi və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Kameralar məsələsində şirkət nədənsə smartfonun yalnız əsas arxa kamera göstəricisi barəsində məlumat verib. Beləliklə smartfon optik stabilizasiya funksiyasına sahib 64 MP-lik əsas arxa kamera ilə təchiz olunub. Redmi Note 12 Turbo MIUI 14 interfeysli Android 13 vasitəsilə çalışır. Smartfonun satışlarına 1 aprel tarixində start veriləcək. Onun satış qiymətləri isə aşağıdakı kimi olacaq.
- 8 GB RAM + 256 GB yaddaş - 290$
- 12 GB RAM + 256 GB yaddaş - 305$
- 12 GB RAM + 512 GB yaddaş - 335$
- 16 GB RAM + 1 TB yaddaş - 379$.
Paylaş
Bənzər xəbərlər