
Redmi Note 12 Turbo yeni satış rekorduna imza atıb
Dünən Redmi brendi Note 12 seriyasının yeni modelini təqdim etdi. Söhbət, Redmi Note 12 Turbo-dan gedir. İndi isə məlum olub ki, sözügedən smartfon alıcılar arasında çox məşhur olub. Redmi brendinin rəhbəri Lu Weibing bildirib ki, Redmi Note 12 Turbo smartfonu 2.5 saat ərzində ön sifariş rekorduna imza atıb. Belə ki, bu smartfon Çinin ən böyük online ticarət platformalarında ən çox satılan smartfonlardan birinə çevrilib. Qeyd etmək lazımdır ki, Redmi Note 12 Turbo-nun əsas özəlliklərindən biri odur ki, o, Redmi brendinin 1 TB daxili yaddaşa sahib ilk smartfonu olub. Bununla yanaşı sözügedən smartfon Snapdragon 7+ Gen 2 prosessorunu əldə etmiş ilk smartfon oldu. Məlumatda qeyd edilib ki, Redmi Note 12 Turbo-nun 1 TB daxili yaddaşa sahib versiyasının bütün partiyaları bir neçə saniyə ərzində satılıb.
Paylaş
Bənzər xəbərlər