
Redmi Note 13 Pro+ smartfonu barəsində növbəti yeni məlumatlar təqdim edilib
Redmi brendi payız fəslində Redmi Note 13 smartfon seriyasını təqdim etməlidir. Sözügedən seriyaya daxil olacaq modellərdən biri də Redmi Note 13 Pro+ olacaq. İndi isə insayderlər sözügedən model barəsində növbəti məlumatları təqdim ediblər. İnsayderlərin sözlərinə əsasən Redmi Note 13 Pro+ smartfonu MediaTek Dimensity 9200+ prosessoru vasitəsilə çalışacaq. Smartfon özündə 200 MP + 8 MP + 2 MP üçlü arxa kameranı və 16 MP-lik ön kameranı birləşdirəcək. Qeyd etmək lazımdır ki, Redmi Note 13 smartfon seriyasının oktyabr ayında təqdim olunacağı gözlənilir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...