Logo
    main-post-cover

    REDMI Watch 6 ağıllı saatının təqdimatı anons edilib

    Cihazlar+
    20.10.2025
    Emil
         Xiaomi-nin REDMI brendi öz yeni ağıllı saatı olacaq REDMI Watch 6-nın təqdimatını anons edib. Şirkətin rəsmi elanına əsasən bu yeni ağıllı saat 23 oktyabr tarixində Çində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, həmin tarixdə həmçinin REDMI K90 Pro Max flaqman smartfonu da təqdim ediləcək. Öz elanında brend REDMI Watch 6-nın xarici görünüşünü sərgiləyib. Fotolardan da göründüyü kimi yeni ağıllı saat kvadrat formalı gövdə dizaynını əldə edib. Bəzi məlumatlara əsasən cihaz 2.07 düym ölçülü AMOLED ekranla təchiz olunub.
    Paylaş