
RTX 5090 videokartına sahib Razer Blade 18 (2025) gaming noutbuku təqdim edilib - QİYMƏTİ
Cihazlar+
27.02.2025
Emil
Razer şirkəti yüksək performanslı yeni gaming noutbukunu təqdim edib. Söhbət, Razer Blade 18 (2025)-dən gedir. Bu yeni gaming noutbuku özündə güclü Intel prosessorunu və NVIDIA-nın yeni yüksək performanslı videokartını birləşdirir. Beləliklə Razer Blade 18 (2025) noutbuku 240 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2400 piksel keyfiyyətli 18 düym ölçülü ekranla təchiz olunub. Bununla belə ekran üstəlik 440 Hz-lik təsvir yenilənməsini və 1920x1200 piksel görüntü keyfiyyətini təmin edən rejimdə də çalışa bilir. Noutbuk 24 nüvəli Intel Core Ultra 9 275HX prosessoru vasitəsilə çalışır və özündə NVIDIA GeForce RTX 5090 videokartını birləşdirir. Noutbuk GDDR7 standartlı 24 GB-lıq RAM və 4 TB-a kimi SSD ilə təchiz olunub. Razer Blade 18 (2025) özündə 6 ədəd səsgücləndiricini və USB-A 3.2 Gen 2, USB-С Thunderbolt 4/5, HDMI 2.1, LAN Ethernet girişlərini birləşdirir. Noutbuk artıq satışa çıxıb və onun qiyməti 3200$-dan start götürür.


Paylaş
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
