Logo
    main-post-cover

    Samsung artıq Galaxy Z Flip 6-nı hazırlamağa başlayıb

    Cihazlar+
    17.08.2023
    Emil
        Samsung-un qatlana bilən qapaqlı Galaxy Z Flip 5 smartfonunun keçən ay təqdim olunmasına baxmayaraq şirkət artıq onun davamçısı üzərində çalışmağa başlayıb. Söhbət, Galaxy Z Flip 6-dan gedir. İnsayderlərin vermiş olduqları məlumata əsasən Galaxy Z Flip 6-nın B6 kod adına sahib prototipi artıq şirkət daxilində test edilir. Məlumatda qeyd edilib ki, Galaxy Z Flip 6-nın prototipi 50 MP-lik əsas arxa kameraya sahibdir. Müqayisə üçün qeyd edək ki, keçən ayın sonunda təqdim edilmiş Galaxy Z Flip 5 modeli 12 MP-lik əsas arxa kamera ilə təchiz olunur. Galaxy Z Flip 6 barəsində digər bir məlumat verilməyib. Sadəcə olaraq güman etmək olar ki, smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və Android 14-ü əldə edəcək.
    Paylaş
    Bənzər xəbərlər