main-post-cover

    Samsung Galaxy A16 4G smartfonu təqdim edilib

    Cihazlar+
    18.10.2024
    Emil Nəcəfov
         Samsung bir neçə müddət bundan öncə Galaxy A16 5G smartfonunu təqdim etdi. İndi isə şirkət onun 4G versiyasını təqdim edib. 4G versiyanın 5G versiyadan əsas fərqi prosessordadır. Beləliklə Galaxy A16 4G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym ölçülü Full HD+ keyfiyyətli Super AMOLED ekranla təchiz olunub. Smartfonun gövdəsi IP54 standartı üzrə sudan qorunur. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfon MediaTek Helio G99 prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 128 GB daxili yaddaş həcmini əldə edib.
         Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy A16-nın 5G versiyası Exynos 1330 prosessoru vasitəsilə çalışır. Kameralar mövzusunda Galaxy A16 4G 50 MP + 5 MP + 2 MP üçlü arxa kameraya və 13 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edib. Galaxy A16 4G qutudan Android 14 vasitəsilə çalışır. Samsung bildirib ki, Galaxy A16 5G kimi 4G versiya da 6 il ərzində Android və təhlükəsizlik dəstəyini əldə edəcək. Galaxy A16 4G noyabr ayında satışa çıxacaq. Samsung onun satış qiyməti barəsində hələ məlumat verməyib. Lakin onun 250 avrodan daha aşağı qiymətə satılacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Exynos 2500 prosessoru yeni konfiqurasiyada ortaya çıxıb
    exynos-2500-prosessoru-yeni-konfiqurasiyada-ortaya-cixib
    Samsung Galaxy Fold 6 Special Edition-un mümkün təqdimat tarixi məlum olub
    samsung-galaxy-fold-6-special-edition-un-mumkun-teqdimat-tarixi-melum-olub
    Samsung smart eynəklər üçün 3D ekranı patentləşdirib
    samsung-smart-eynekler-ucun-3d-ekrani-patentlesdirib
    Samsung Galaxy A36 5G smartfonu Geekbench testlərindən keçib
    samsung-galaxy-a36-5g-smartfonu-geekbench-testlerinden-kecib
    Son Galaxy S smartfonları ilə müqayisədə son iPhone smartfonları öz dəyərlərini daha tez itirməyə başlayıblar
    son-galaxy-s-smartfonlari-ile-muqayisede-son-iphone-smartfonlari-oz-deyerlerini-daha-tez-itirmeye-baslayiblar