Logo
    main-post-cover

    Samsung Galaxy A26 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    03.03.2025
    Emil
         Samsung şirkəti Galaxy A36 5GA56 5G ilə yetinməyərək üstəlik Galaxy A26 5G modelini də təqdim edib. Bu model xarici görünüşcə demək olar ki, Galaxy A36 5G və A56 5G-yə bənzəyir. Sadəcə olaraq dizayn baxımından əsas fərq ondadır ki, Galaxy A26 5G-nin ekranı üzərində damcı formalı çıxıntı hissə yerləşir. Galaxy A26 5G böyük ölçülü ekranı, Exynos prosessorunu və böyük həcmli batareyanı əldə edib.
         Beləliklə bu model 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü Super AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Galaxy A26 5G-nin gövdəsi IP67 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Smartfon Exynos 1380 prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128/256 GB (2 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib.
         Kameralar mövzusunda smartfon 50 MP + 8 MP + 2 MP üçlü arxa kameraya və 13 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə Galaxy A26 5G özündə 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirir. Smartfon qutudan Android 15 vasitəsilə çalışır. Samsung bildirib ki, Galaxy A26 5G smartfonu da 6 illik Android dəstəyinə və 6 illik təhlükəsizlik dəstəyinə sahib olacaq. Smartfon artıq satışa çıxıb və onun qiyməti 299 avrodan start götürür.
    Paylaş
    Bənzər xəbərlər
    samsung-galaxy-a36-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Cihazlar+

    Samsung Galaxy A36 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Samsung şirkəti Galaxy A56 5G ilə yanaşı üstəlik Galaxy A36 5G smartfonunu da təqdim edib. Galaxy A36 5G mdoeli xarici görünüşcə Galaxy 56 5G-dən heç də fərqlənmir.
    samsung-galaxy-a56-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Cihazlar+

    Samsung Galaxy A56 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Samsung şirkəti orta büdcəli Galaxy A56 5G smartfonunu təqdim edib. Galaxy A seriyasının bu yeni smartfonu böyük ölçülü ekranı, Exynos prosessorunu və böyük həcmli batareyanı əldə edib.
    samsung-galaxy-s25-edge-in-n
    Cihazlar+

    Samsung Galaxy S25 Edge-in nə zaman təqdim olunacağı və nə zaman satışa çıxacağı məlum olub

    Galaxy S25 Edge, Galaxy S25 seriyasının dördüncü üzvü olaraq, Galaxy Unpacked tədbirində qısa olaraq anons edilmişdi.
    samsung-smartfonlari-kvant-komputerlerinden-qoruyacaq-cip-uzerinde-calisir
    Elm & Texnologiya

    Samsung smartfonları kvant kompüterlərindən qoruyacaq çip üzərində çalışır

    Samsung kvant kompüterlərdən qorunmaq üçün yeni təhlükəsizlik çipi üzərində çalışır. S3SSE2A adlanan bu yeni çip, Samsung System LSI (Exynos çiplərinin hazırlanmasından cavabdeh olan şöbə) tərəfindən hazırlanıb və gələcək Galaxy cihazlarını kvant kompüterlərdən qaynaqlanan təhlükələrdən qorumağı hədəfləyir.
    oneui-70-in-samsung-smartfonlarinda-hansi-tarixlerde-istifadeye-verileceyi-melum-olub
    Proqram Təminatı

    OneUI 7.0-ın Samsung smartfonlarında hansı tarixlərdə istifadəyə veriləcəyi məlum olub

    Samsung şirkəti OneUI 7.0 istifadəçi interfeysinin öz smartfonlarında nə zaman istifadəyə veriləcəyi barəsində hələ rəsmi məlumat verməyib. Lakin internetdə sözügedən istifadəçi interfeysinin Samsung smartfonlarında istifadəyə verilmə tarixlərini özlərində birləşdirən screenshot fotolar ortaya çıxıb.