main-post-cover

    Samsung Galaxy Note 20 smartfonları daha hər ay təhlükəsizlik yenilənməsini əldə etməyəcəklər

    Cihazlar+
    05.09.2024
    Emil Nəcəfov
         Samsung şirkətinin ləğv etmiş olduğu Galaxy Note smartfon seriyasının son modelləri 4 il bundan öncə təqdim edilmişdi. Söhbət, 2020-ci ilin avqust ayında təqdim edilmiş Galaxy Note 20 Note 20 Ultra-dan gedir. Şirkət Galaxy Note seriyasını ləğv edəndən sonra əsas diqqətini Galaxy S seriyasına və qatlana bilən smartfonlarına yönləndirdi. 4 il bundan öncə təqdim olunmalarına baxmayaraq Galaxy Note 20 və Note 20 Ultra smartfonları hər ay təhlükəsizlik yenilənmələrini əldə edirdilər.
       Lakin bu aydan başlayaraq bu vəziyyət dəyişəcək. Belə ki, adları sadalanmış Galaxy Note smartfonları üçün təhlükəsizlik yenilənmələri hər ay deyil, hər rüb bir dəfə təqdim ediləcək. Samsung-un öz smartfonlarını dəstəkləmə siyasətinə əsasən çox güman ki, Galaxy Note 20 smartfonları hər rüb təhlükəsizlik yenilənmələrini növbəti 1 il ərzində əldə etməyə davam edəcəklər. Çox güman ki, 1 ildən sonra Galaxy Note seriyasının bu son smartfonlarının rəsmi dəstəkləri dayandırılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Tab S10 Ultra planşetinin keyfiyyətli render fotosu təqdim edilib
    samsung-galaxy-tab-s10-ultra-plansetinin-keyfiyyetli-render-fotosu-teqdim-edilib
    Yaxın zamanda təqdim olunacaq Samsung Galaxy S24 FE-nin tenxiki imkanları detallı şəkildə açıqlanıb
    yaxin-zamanda-teqdim-olunacaq-samsung-galaxy-s24-fe-nin-tenxiki-imkanlari-detalli-sekilde-aciqlanib
    Samsung Galaxy S25 smartfonlarında Exynos 2500-dan istifadə edilməyəcək
    samsung-galaxy-s25-smartfonlarinda-exynos-2500-dan-istifade-edilmeyecek
    Nazik gövdəli Galaxy Fold Special Edition-un vacib özəlliklərindən biri açıqlanıb
    nazik-govdeli-galaxy-fold-special-edition-un-vacib-ozelliklerinden-biri-aciqlanib
    Galaxy Z Fold Special Edition-un gövdə qalınlığı və əsas arxa kamera göstəricisi açıqlanıb
    galaxy-z-fold-special-edition-un-govde-qalinligi-ve-esas-arxa-kamera-gostericisi-aciqlanib