Logo
    main-post-cover

    Samsung Galaxy Ring 2 smart üzüyünü daha tez satışa çıxara bilər

    Cihazlar+
    07.11.2024
    Emil
         Samsung iyul ayında Galaxy Ring smart üzüyünü təqdim etmişdi. İndi isə şirkət Galaxy Ring 2 üzərində çalışır. Ortaya çıxmış yeni məlumata əsasən Samsung ikinci nəsil Galaxy Ring smart üzüyünü gözlənildiyindən daha tez satışa çıxartmağa hədəflənib. Məlumatda qeyd edilib ki, şirkət növbəti smart üzüyünü gələn ilin ikinci yarısında deyil, birinci yarısında satışa çıxara bilər.
         Bununla yanaşı insayderlər bildiriblər ki, birinci nəsil Galaxy Ring-dən fərqli olaraq Galaxy Ring 2 smart saatı bir dəfə şarj olunandan sonra daha uzun müddət ərzində çalışa biləcək. Bundan əlavə olaraq yeni smart saat daha nazik gövdə dizaynını əldə etməli və istifadəçi sağlamlığının müxtəlif göstəricilərinin ölçülməsi sərhədini keçə biləcək yeni funksiyaları özündə birləşdirməlidir. Qeyd etmək lazımdır ki, birinci nəsil Galaxy Ring qarışıq rəylər əldə etsə də, ümumilikdə uğurlu məhsul oldu.
    Paylaş
    Bənzər xəbərlər