Samsung Galaxy S23 FE-nin fotoları ortaya çıxıb

Samsung Galaxy S23 FE-nin fotoları ortaya çıxıb

Mobil Cihazlar
11.09.2023 PAYLAŞIM

    Samsung şirkətinin bu il ərzində Galaxy S23 FE smartfonunu təqdim edəcəyi gözlənilir. İndi isə məlum olub ki, sözügedən smartfon Çinin TENAA adlı telekommunikasiya agentliyində sertifikatlaşdırmadan keçib. Bununla da Galaxy S23 FE-nin mövcudluğu təsdiqlənmiş oldu. Bununla yanaşı smartfonun fotoları və bəzi digər məlumatları ortaya çıxıb. Beləliklə ortaya çıxmış fotolara əsasən Galaxy S23 FE smartfonu xarici görünüşcə adi Galaxy S23-ün kopyası olacaq.


    Smartfon yastı ekran ilə təchiz olunacaq və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Smartfonun arxa panelində isə 3 ədəd kamera mövcud olacaq. Məlumata əsasən Galaxy S23 FE modeli 2340x1080 piksel keyfiyyətli 6.3 düym OLED ekran, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP + 12 MP + 8 MP üçlü arxa kamera, 10 MP-lik ön kamera və 4370 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Prosessor mövzusuna gəldikdə isə smartfon satılacağı regiondan asılı olaraq ya Snapdragon 8 Gen 1 ya da Exynos 2200 prosessoru ilə təchiz olunacaq.



DAHA ÇOX


Məşhur insayder Samsung Galaxy S24 smartfonları barəsində yeni məlumatları təqdi..

Ice Universe ləqəbli məşhur insayder Samsung Galaxy S24 smartfon seriyası barəsində yeni məlumatları..


Samsung Galaxy S24 Ultra-nın render fotoları təqdim edilib

OnLeaks ləqəbli məşhur insayder adi Galaxy S24-ün ardınca Smartprix saytı ilə birlikdə həmçinin Gala..


Xiaomi korporasiyası Xiaomi 13T və Xiaomi 13T Pro flaqman smartfonlarını təqdim ..

Dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən, istehlakçı elektronikası üzrə dünyanın aparıcı is..


Huawei öz flaqman smartfonlarının büdcəli versiyalarını təqdim edə bilər..

Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Huawei şirkətinin hələ təqdim ..


Qatlana bilən OPPO Find N3 smartfonunun təqdimat müddəti məlum olub

Biz artıq dəfələrlə məlumat vermişik ki, OPPO şirkəti OPPO Find N3 adlı yeni qatlana bilən smartfon ..


Redmi 13C smartfonu təqdimata hazırlaşır

Bir neçə gün bundan öncə Redmi 13C adlı yeni smartfonun render fotoları ortaya çıxdı.

×