Logo
    main-post-cover

    Samsung Galaxy S23 FE-nin real fotosu ortaya çıxıb

    Cihazlar+
    28.07.2023
    Emil
        Dünən Samsung şirkətinin təmsilçisi rəsmi şəkildə təsdiqlədi ki, şirkət bu il ərzində Galaxy S23 FE smartfonunu təqdim edəcək. İndi isə sözügedən smartfonun real fotosunun Wireless Power Consortium-un (WPC) saytında ortaya çıxdığı məlum olub. WPC saytında Galaxy S23 FE smartfonu SM-S711U model nömrəsi ilə ortaya çıxıb. Smartfonun real fotosundan görmək olar ki, o tamamilə yastı ekrana sahib olacaq.
        Bununla yanaşı smartfonun aşağı hissəsindəki çərçivə kənar hissələrdəki çərçivələrdən daha qalın olacaq. Yandırıb/söndürmə və səsin tənzimlənməsi düymələri gövdənin sağ tərəfində yerləşəcəklər. Son məlumat sızıntılarına əsasən Galaxy S23 FE 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.4 düym ekran, Exynos 2200 prosessoru, 8 GB RAM, 50 MP + 12 MP + 8 MP üçlü arxa kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Paylaş
    Bənzər xəbərlər