
Samsung Galaxy S23 FE-nin təqdimatı rəsmi şəkildə anons edilib
Cihazlar+
02.10.2023
Emil
Bir neçə ay ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Samsung şirkəti sonunda yeni Galaxy FE cihazlarının nə zaman təqdim olunacaqlarını açıqlayıb. Şirkətin rəsmi məlumatına əsasən təqdimat tədbiri 4 oktyabr tarixində Hindistanda baş tutacaq. Qeyd etmək lazımdır ki, eyni gündə Google şirkəti özünün Pixel 8 smartfon seriyasını təqdim edəcək. Təqdimat tədbiri çərçivəsində Samsung Galaxy Tab S9 FE planşetlərini və Galaxy Buds FE naqilsiz qulaqlığını təqdim edəcək.
.jpg)
Lakin təqdimatda əsas diqqət çoxdan gözlənilən Galaxy S23 FE smartfonuna ayrılacaq. Son məlumat sızıntılarına əsasən Galaxy S23 FE smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.4 düym AMOLED ekranla təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 1 / Exynos 2200 prosessoru vasitəsilə çalışmalı və özündə 50 MP + 12 MP + 8 MP üçlü arxa kamera ilə 25 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyanı birləşdirməlidir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
