Logo
    main-post-cover

    Samsung Galaxy S24 smartfonlarının satış qiymətlərində artım ola bilər

    Cihazlar+
    17.08.2023
        Bir neçə gün bundan öncə Digital Chat Station ləqəbli məşhur insayder məlumat vermişdi ki, Qaulcomm-un  növbəti flaqman prosessoru olacaq Snapdragon 8 Gen 3-ün baha qiymətə satılacağı səbəbilə bir sıra smartfon istehsalçısı öz cihazlarında onu digər prosessorlarla əvəzləyə bilər. Paralel olaraq Samsung-un təqdim etmiş olduğu yarımillik hesabatda bu ilin birinci rübündə prosessorların qiymətlərində 30%-lik artım müşahidə olunduğu qeyd edilib.
        Prosessorlara olan xərclərin nisbəti cihazların modellərindən asılıdır və adətən 10-20% arasında dəyişir. Bu isə o deməkdir ki, əgər keçən ilki Galaxy Z Fold 4-də prosessorun qiyməti 140$ idisə, Galaxy Z Fold 5-də prosessorun qiyməti artıq 180$ təşkil edib. Bu məlumatlara əsaslanaraq insayderlər bildiriblər ki, gələn ilin əvvəlində təqdim ediləcək Galaxy S24 smartfon seriyasına daxil olacaq modellərin satış qiymətlərində artım ehtimalı yüksəkdir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung Galaxy S24 smartfonlarının satış qiymətlərində artım ola bilər | Technote