Samsung Galaxy S24 Ultra-nın texniki özəllikləri barəsində növbəti məlumatlar verilib

Samsung Galaxy S24 Ultra-nın texniki özəllikləri barəsində növbəti məlumatlar verilib

Mobil Cihazlar
07.09.2023 PAYLAŞIM

    Gələn ilin əvvəlində təqdim olunacaq Samsung Galaxy S24 Ultra barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. İnsayderlər sözügedən smartfonun texniki göstəriciləri barəsində növbəti məlumatları açıqlayıblar. Beləliklə onların sözlərinə əsasən Galaxy S24 Ultra smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 6.8 düym Dynamic AMOLED ekran ilə təchiz olunacaq.

    Bununla yanaşı smartfonun gövdəsi özündə titan materialdan hazırlanmış çərçivələri birləşdirəcək. Smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 200 MP + 50 MP + 50 MP + 12 MP dördlü arxa kameranı, 12 MP-lik ön kameranı və 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. İnsayderlər bildiriblər ki, Galaxy S24 Ultra OneUI 6 interfeysli Android 14 vasitəsilə çalışacaq.




DAHA ÇOX


Məşhur insayder Samsung Galaxy S24 smartfonları barəsində yeni məlumatları təqdi..

Ice Universe ləqəbli məşhur insayder Samsung Galaxy S24 smartfon seriyası barəsində yeni məlumatları..


Samsung Galaxy S24 Ultra-nın render fotoları təqdim edilib

OnLeaks ləqəbli məşhur insayder adi Galaxy S24-ün ardınca Smartprix saytı ilə birlikdə həmçinin Gala..


Xiaomi korporasiyası Xiaomi 13T və Xiaomi 13T Pro flaqman smartfonlarını təqdim ..

Dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən, istehlakçı elektronikası üzrə dünyanın aparıcı is..


Huawei öz flaqman smartfonlarının büdcəli versiyalarını təqdim edə bilər..

Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Huawei şirkətinin hələ təqdim ..


Qatlana bilən OPPO Find N3 smartfonunun təqdimat müddəti məlum olub

Biz artıq dəfələrlə məlumat vermişik ki, OPPO şirkəti OPPO Find N3 adlı yeni qatlana bilən smartfon ..


Redmi 13C smartfonu təqdimata hazırlaşır

Bir neçə gün bundan öncə Redmi 13C adlı yeni smartfonun render fotoları ortaya çıxdı.

×