Logo
    main-post-cover

    Samsung Galaxy S24 Ultra titan çərçivələrə sahib ola bilər

    Cihazlar+
    17.08.2023
    Emil
        Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən iPhone 15 Pro Max smartfonu titan materialdan hazırlanmış çərçivəyə sahib olacaqlar. Verilmiş yeni məlumata əsasən isə gələn ilin əvvəlində təqdim ediləcək Samsung Galaxy S24 Ultra smartfonu da bu cür çərçivəni özündə birləşdirəcək. Məlumatda qeyd edilib ki, Samsung bu cür addımı iPhone-dan geri qalmamaq üçün atacaq. Bununla belə smartfonda ola biləcək titan çərçivə smartfonun çəkisinə təsir göstərməyəcək. Ice Universe ləqəbli məşhur insayder bildirib ki, Galaxy S24 Ultra-nın çəkisi 233 qramm təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy S23 Ultra-nın çəkisi 234 qramm təşkil edir. Üstəlik nəzərə almaq lazımdır ki, titan alüminiumdan daha ağırdır.
    Paylaş
    Bənzər xəbərlər