Logo
    main-post-cover

    Samsung Galaxy S24 və S24+ modellərinin ekranları barəsində məlumatlar verilib

    Cihazlar+
    01.08.2023
    Emil
        Ice Universe ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdim olunacaq Samsung Galaxy S24 smartfon seriyası barəsində yeni məlumatları təqdim edib. İnsayderin sözlərinə əsasən adi Galaxy S24 ilə Galaxy S24+ bir qədər yenilənmiş dizayna sahib olacaqlar. Belə ki, Samsung yeni flaqman smartfonlarındakı ekran ətrafı çərçivələri daha da kiçildəcək. Həmçinin smartfonlara daha yaxşı enerji effektivliyinə sahib LTPO OLED ekranlar quraşdırılacaq. Hal hazırda bu cür ekrana yalnız Galaxy S23 Ultra modeli sahibdir.
        Yeni növ ekran hesabına Galaxy S24 ilə Galaxy S24+ modelləri 1 Hz-dən 120 Hz-ə kimi adaptiv təsvir yenilənməsini dəstəkləyəcəklər. Galaxy S24 smartfonlarının satışa çıxacaqları regionlardan asılı olaraq Snapdragon və ya Exynos prosessoru ilə təchiz olunub-olunmayacaqları bilinmir. Son zamanlar ortaya çıxan məlumatlarda qeyd edilir ki, Samsung növbəti flaqman smartfonlarına Exynos prosessorlarını geri qaytarmaq niyyətindədir. Buna görə də heç istisna deyil ki, Galaxy S24 smartfonları satışa çxacaqları regionlardan asılı olaraq ya Snapdragon 8 Gen 3 ya da Exynos 2400 ilə təchiz olunacaqlar.
    Paylaş
    Bənzər xəbərlər