Logo
    main-post-cover

    Samsung Galaxy S25 Edge smartfonunun sürətli naqilsiz şarj texnologiyasının gücü məlum olub

    Cihazlar+
    24.01.2025
    Emil
          Samsung şirkəti 22 yanvar tarixində Galaxy S25 smartfon seriyasının təqdimat tədbirinin sonunda nazik gövdəli Galaxy S25 Edge smartfonunu anons etdi. Lakin şirkət bu smartfonu hələ tam şəkildə təqdim etməyib. Buna görə də onun texniki imkanları barəsində məlumat hələ yoxdur. Bununla belə biraz əvvəl biz xəbər verdik ki, Samsung-un top menecerlərindən birinin sözlərinə əsasən şirkət Galaxy S25 Edge smartfonunu aprel ayında satışa çıxartmağı planlaşdırır.
         İndi isə məlumat ortaya çıxıb ki, Galaxy S25 Edge smartfonu Çinin 3C adlı sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçib. Bunun sayəsində smartfonun hansı gücdə sürətli naqilli şarj texnologiyasının dəstəyini əldə edəcəyi ortaya çıxıb. Beləliklə sertifikatlaşdırma agentliyinin məlumatlar bazasına əsasən Galaxy S25 Edge smartfonu 25 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Smartfonun sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçməsi həmçinin onun satışa çıxmasına hazırlaşması deməkdir.
    Paylaş