Logo
    Samsung Galaxy Tab Active 5 planşetinin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanıb

    Samsung Galaxy Tab Active 5 planşetinin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanıb

    Cihazlar+
    23.01.2024
         Samsung bu ayın əvvəlində dözümlü gövdəsi ilə seçilən Galaxy Tab Active 5 planşetini təqdim etmişdi. Lakin həmin vaxtda şirkət sözügedən planşetin nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat verməmişdi. İndi isə şirkət bu məsələyə aydınlıq gətirib. Beləliklə Samsung-un təqdim etmiş olduğu məlumata əsasən Galaxy Tab Active 5 planşeti mart ayının sonuna kimi satışa çıxacaq. Planşet iki versiyada satılacaq. LTE 5G dəstəkli. Samsung hal-hazırda planşetin yalnız LTE dəstəkli versiyasının qiymətini açıqlayıb. Belə ki, planşetin LTE versiyasının qiyməti 548$ təşkil edəcək. Aydın məsələdir ki, planşetin 5G dəstəkli versiyasının qiyməti daha baha olacaq. Lakin nə qədər baha olacağı tam aydın deyil.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung Galaxy Tab Active 5 planşetinin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanıb