Logo
    main-post-cover

    Samsung Galaxy Watch Ultra 2 təqdimatdan əvvəl sızdırıldı

    Cihazlar+
    20.07.2026
    Sevinj
        Samsung-un yeni flaqman ağıllı saatı Galaxy Watch Ultra 2 rəsmi təqdimatdan cəmi iki gün əvvəl növbəti dəfə internetə sızdırılıb. Məşhur insayder Evan Blass tərəfindən paylaşılan render görüntüləri cihazın dizaynını və bəzi texniki xüsusiyyətlərini ortaya çıxarıb. Sızdırılan məlumata görə, Galaxy Watch Ultra 2 əvvəlki nəsillə müqayisədə 12 % daha nazik korpusa sahib olacaq. Bununla yanaşı, cihazın suya və toza davamlılıq səviyyəsinin IP68-dən IP69K standartına yüksəldiyi iddia edilir. Bu da saatın daha sərt mühitlərdə istifadəyə uyğunlaşdırıldığını göstərir.
    Samsung vows to prioritise retaining its technological supremacy
        Ekran tərəfində də ciddi yenilənmə gözlənilir. Belə ki, yeni modelin maksimum parlaqlıq səviyyəsinin 3 000 nitdən 5 000 nitə çatacağı bildirilir. Bu isə günəş altında ekranın daha rahat görünməsini təmin edəcək. Batareya tutumu da artırılıb. Sızan məlumata əsasən, Galaxy Watch Ultra 2 800 mAh batareya ilə təchiz olunacaq. Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə təqdim olunan Galaxy Watch Ultra modelində bu göstərici 590 mAh idi.
        Performans baxımından isə cihazın Snapdragon Wear Elite prosessorundan istifadə edəcəyi bildirilir. Daha əvvəl yayılan məlumatlarda Samsung-un Galaxy Watch 9 modelinin də eyni çiplə təchiz ediləcəyi iddia olunmuşdu. Samsung-un Galaxy Watch Ultra 2 modelinin qiyməti və bütün texniki xüsusiyyətləri çərşənbə günü keçiriləcək Galaxy Unpacked tədbirində rəsmi şəkildə açıqlanacaq.
    Paylaş