main-post-cover

    Samsung şirkəti smartfonlar üçün 200 MP-lik kamera sensoru üzərində çalışır

    Cihazlar+
    10.01.2021
    Emil Nəcəfov
        2020-ci ildə bir çox flaqman və orta səviyyəli smartfon 108 MP-lik arxa kamera əldə etmişdi. Lakin Samsung şirkəti bununla yetinmək niyyətində deyil. Buna görə də o, 200 MP-lik kamera sensoru üzərində çalışır. Bu barədə Gagadget saytı xəbər verib. Ice Universe ləqəbli məşhur çinli insayderin verdiyi məlumata əsasən Samsung bu il ISOCELL brendi altında bir sıra innovasiyalı məhsul təqdim edəcək. Həmin məhsulların sırasına 200 MP-lik kamera sensoru da daxil olacaq. Çox güman ki, bu cür kamera sensoruna sahib smartfonlar artıq bu il təqdim olunacaqlar.
        Lakin Samsung-un 200 MP-lik kamera sensorunu ilk olaraq hansı smartfon brendinin əldə edəcəyi və bunun nə zaman baş tutacağı bilinmir. Qeyd etmək lazımdır ki, Samsung hələ keçən ilin aprel ayında 600 MP-lik kamera sensoru üzərində çalışdığını elan etmişdi. Samsung-un sözlərinə əsasən bu cür kamera sensoru insan gözündən fərqli olaraq daha çox detalı əhatə edə biləcək. Lakin çox güman ki, 600 MP-lik kamera sensoru smartfonlarda istifadə olunmayacaq. Bu cür kameranın dronlara, yeni nəsil nəqliyyat vasitələrinə və IoT (Internet of Things) cihazlara inteqrasiya ediləcəyi gözlənilir.
    Linki kopyala