Samsung-un ilk qarışıq reallıq cihazının fotosu və rəsmi məlumatları ortaya çıxıb
Cihazlar+
13.12.2024
Emil Nəcəfov
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti öz qarışıq reallıq (AR + VR) cihazı üzərində çalışır. İndi isə şirkət onun barəsində bəzi məlumatları təqdim edib. İnternetdə hətta cihazın fotosu da ortaya çıxıb. Beləliklə məlumata əsasən Samsung-un bu cihazı Project Moohan kod adına sahibdir. Kod adının koreya dilindən tərcüməsi sonsuzluq deməkdir. Bu öz növbəsində şirkətin heç bir sərhəd tanımayacaq yeni cihazın yaradılması məqsədini əks etdirir.
Məlumatda qeyd edilib ki, cihaz öz erqonomik dizaynı sayəsində istifadədə yüngül və rahat olmalıdır. Ortaya çıxmış fotodan da görmək olar ki, Samsung-un qarışıq reallıq cihazı xarici görünüşcə xizək eynəklərini xatırladacaq. Cihaz özündə yüksək keyfiyyətli ekranları, şəffaflıq rejimini və müxtəlif üsullar vasitəsilə idarəetmə sistemini birləşdirəcək. Cihaz Snapdragon XR2+ Gen 2 prosessoru vasitəsilə çalışacaq. Onun əməliyyat sistemi qismində isə Android XR çıxış edəcək. Samsung öz ilk qarışıq reallıq cihazını artıq gələn ayın sonunda Galaxy S25 smartfon seriyasının təqdimatı zamanı anons edə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy S25 Ultra-nın yeni fotosu və bütün Galaxy S25 modellərinin satış qiymətləri təqdim edilib
Samsung Galaxy S25 Ultra-nın yeni fotosu və bütün Galaxy S25 modellərinin satış qiymətləri təqdim edilib
Roland Quandt adlı məşhur insayder gələn ayın sonunda təqdim olunacaqları gözlənilən Galaxy S25 smartfonları barəsində yeni məlumatları təqdim edib. Təqdim edilmiş məlumatlar Galaxy S25 Ultra modelinin yeni fotosunu və bütün Galaxy S25 modellərinin Avropa bazarındakı satış qiymətlərini əhatə edirlər.
Samsung Galaxy Book 5 Pro noutbuku təqdim edilib
Samsung Galaxy Book 5 Pro noutbuku təqdim edilib
Samsung şirkəti Galaxy Book noutbuk seriyasının yeni modelini təqdim edib. Şirkətin bu yeni noutbuku Galaxy Book 5 Pro adlanır. Noutbuk iki versiyada təqdim edilib.
Samsung Galaxy Z Flip 7-nin hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb
Samsung Galaxy Z Flip 7-nin hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb
Samsung gələn il qatlana bilən Galaxy Z Fold 7 və Z Flip 7 smartfonlarını təqdim edəcək.
Samsung Galaxy S25 smartfonları üçün MagSafe analoqu hazırlanır
Samsung Galaxy S25 smartfonları üçün MagSafe analoqu hazırlanır
Məşhur insayder Roland Quandt-ın vermiş olduğu məlumata əsasən Samsung şirkəti Galaxy S25 smartfonları üçün Apple MagSafe tərzində maqnit bərkitmə sistemli aksesuarlar hazırlayır.
Samsung dözümlü gövdəyə sahib Galaxy Xcover 8 Pro smartfonunu hazırlayır
Samsung dözümlü gövdəyə sahib Galaxy Xcover 8 Pro smartfonunu hazırlayır
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung dözümlü gövdəyə sahib Galaxy Xcover 8 smartfonu üzərində çalışır. Ortaya çıxmış yeni məlumata əsasən isə şirkət həmçinin dözümlü gövdəyə sahib Galaxy Xcover 8 Pro smartfonunu da hazırlayır.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!