Samsung yeni reklam videosunda Apple şirkətini trolluyub (VİDEO)

Samsung yeni reklam videosunda Apple şirkətini trolluyub (VİDEO)

Mobil Cihazlar
04.11.2022 PAYLAŞIM

    Samsung bəzən öz reklam videolarında iPhone-nun bu və ya digər mənfi özəlliklərini lağa qoyaraq Apple şirkətini trolluyur. Samsung-un tez-tez iPhone-nun hansısa özəlliklərini kopyalamasına baxmayaraq bu cür reklam videoları artıq ənənə halını alıb. Öz yeni reklam videosunda isə Samsung Galaxy smartfonlarının kameralarına və qatlana bilən mexanizmlərinə diqqət ayırıb. Yeni reklam videosunun baş qəhrəmanı hasar üzərində oturub və həmin hasar iPhone istifadəçiləri ilə Galaxy istifadəçilərini ayırır.


    iPhone istifadəçiləri hasar üzərində oturmuş şəxsi Samsung smartfonlarına keçid etməməyə çağırırlar. Baş qəhrəman isə öz növbəsində iPhone istifadəçilərinə Galaxy modellərinin yüksək keyfiyyətli kamerlarından və qatlana bilə gövdə mexanizmlərindən danışır. Buna cavab olaraq iPhone istifadəçiləri baş qəhrəmandan sözügedən özəlliklərin iPhone-larda reallaşdırılacağı zamanı gözləməsini xahiş edirlər. Yeni reklam videosunun “Time to get off the fence” şüarı istehlakçıların iPhone-dan istədikləri hər bir şeyin artıq Galaxy seriyasında mövcud olduğuna işarə edir və iPhone istifadəçilərinə innovasiyalı həllərin Apple məhsullarında reallaşdırılacağı zamanı gözləməməyi təklif edir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi smartfonlar üçün yeni hərəkətli ön kamera konstruksiyasını patentləşdirib..

Smartfon istehsalçıları öz cihazlarında tam ekran formatını təmin etmək yolunda müxtəlif üsullardan ..


Braziliyada yüzlərlə iPhone smartfonu müsadirə edilib: Səbəb nədir?

Braziliyada yerli nizamlayıcı orqanın qərarına əsasən pərakəndə satış mağazalarından iPhone smartfon..


Xiaomi 13-ün yeni render fotosu ortaya çıxıb

Çinin Weibo sosial şəbəkəsində Xiaomi 13 flaqman smartfonunun yeni render fotosu ortaya çıxıb. ..


Xiaomi Mi Note 10, Note 10 Pro və Redmi Note 8 Pro smartfonlarının dəstəklərini ..

Xiaomi şirkəti rəsmi şəkildə 3 smartfon modelinin dəstəyini dayandırdığını elan edib.


Xiaomi 13 smartfonu barəsində yeni məlumatlar verilib

Yaxın zamanda Xiapmi 13 smartfon seriyasının təqdimatı gözlənilir.


Samsung Galaxy S23-də peyk şəbəkəsi funksiyası daha təkmilləşdirilmiş olacaq..

Koreyanın kütləvi informasiya vasitələri Samsung şirkətinin gələn ilin əvvəlində təqdim olunacaq Gal..

×