Logo
    main-post-cover

    Simsiz şarj düşünüləndən daha çox elektrik sərf edir

    Cihazlar+
    25.06.2026
    Sevinj
        Simsiz enerji doldurma son illərdə smartfon istifadəçiləri arasında sürətlə populyarlaşıb. Telefonu sadəcə şarj platformasının üzərinə qoymaq kifayət etdiyindən bu üsul daha rahat hesab olunur. Lakin araşdırmalar göstərir ki, bu rahatlığın əvəzində daha çox elektrik enerjisi sərf olunur.
    Phone Charger Grundig Universal Wireless Charging Pad Mophie Wireless  Charging Stand+ Wireless Charging Stand And Pad
        Mütəxəssislərin hesablamalarına görə, müasir bir smartfonu kabel vasitəsilə 0%-dən 100%-ə qədər doldurmaq üçün orta hesabla 15 vatt-saat (Wh) enerji tələb olunur. Eyni cihaz simsiz şarj edildikdə isə bu göstərici təxminən 21 Wh-a çatır. Yəni simsiz enerji doldurma naqilli şarjla müqayisədə təxminən 35-40% daha çox elektrik sərf edir. Bunun əsas səbəbi enerji ötürülmə üsuludur. Naqilli şarj zamanı elektrik birbaşa kabel vasitəsilə batareyaya ötürülür. Simsiz şarj isə elektromaqnit induksiyası prinsipi ilə işləyir və enerji əvvəlcə maqnit sahəsinə, daha sonra yenidən elektrik enerjisinə çevrilir. Bu proses zamanı enerjinin bir hissəsi istilik şəklində itirilir.
        Telefonun şarj platformasında isinməsi də məhz bu enerji itkisini göstərən əsas əlamətlərdən biridir. Telefon qabı (case), cihazın platformaya düzgün yerləşdirilməməsi və iki səth arasındakı məsafə də səmərəliliyi daha da azalda bilər. Bir istifadəçi üçün bu fərq böyük görünməsə də, qlobal miqyasda ciddi enerji itkisinə səbəb olur. Hesablamalara görə, əgər dünyadakı smartfonların yalnız 30%-i simsiz enerji doldurmadan istifadə edərsə, hər il təxminən 4 830 giqavat-saat (GWh) əlavə elektrik enerjisi sərf olunur. Bu isə yüz minlərlə evin bir il ərzində istifadə etdiyi elektrik enerjisinə bərabərdir.
        Bundan əlavə, simsiz şarj zamanı yaranan yüksək temperatur uzunmüddətli istifadədə litium-ion batareyalarının ömrünü qısalda bilər. Müasir smartfonlarda həddindən artıq isinmənin qarşısını alan təhlükəsizlik sistemləri olsa da, temperatur yüksəldikdə şarj sürəti avtomatik olaraq azaldılır.
     
    Paylaş