Logo
    main-post-cover

    Sony INZONE M10S gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    25.09.2024
    Emil
         Sony şirkəti INZONE M10S adlı gaming monitorunu təqdim edib. Bu monitor keçən ilin avqust ayında təqdim edilmiş ASUS ROG Swift OLED PG27AQDP adlı gaming monitorun rəqibi qismində çıxış edir. Beləliklə Sony INZONE M10S monitoru 480 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 26.5 düym ölçülü W-OLED ekranla təchiz olunub. Monitorun adi rejimdə maksimal parlaqlıq səviyyəsi 250 nit, HDR rejimdə maksimal parlaqlıq səviyyəsi isə 1300 nit təşkil edir. Ekranın istifadəçi əməliyyatlarına reaksiya müddəti 0.03 millisaniyədir. Monitor özündə DisplayPort 2.1, HDMI 2.1 girişlərini və NVIDIA G-SYNC texnologiyasının dəstəyini birləşdirir. Sony INZONE M10S artıq satışa çıxıb və onun qiyməti 1099$ təşkil edir.
    Paylaş