Logo
    main-post-cover

    Sony növbəti flaqman Xperia smartfonunun təqdimatını anons edib

    Cihazlar+
    18.04.2024
         Sony şirkəti öz yeni flaqman Xperia smartfonunun təqdimatını anons edib. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən yeni flaqman Xperia smartfonu 17 may tarixində Çində təqdim olunacaq. Posterdə hansı smartfonun təqdim olunacağı qeyd edilməyib. Lakin çox güman ki, söhbət, Xperia 1 VI smartfonundan gedir. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə Xperia 1 VI smartfonunun render fotoları təqdim edilmişdi. Bu smartfonun Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Sony növbəti flaqman Xperia smartfonunun təqdimatını anons edib | Technote