
Sony Xperia Pro-I smartfonunun davamçısı üzərində çalışır
Keçən həftə Sony şirkəti Xperia 1 V və Xperia 10 V smartfonlarını təqdim etmişdi. İndi isə görünür, şirkət Xperia Pro-I smartfonunun davamçısı üzərində çalışır. İnsayderlərin sözlərinə əsasən Xperia Pro-I smartfonunun davamçısı özündə Exmor-T adlı 3 ədad kamera sensorunu birləşdirəcək. Gözləntilərə əsasən smartfonun əsas arxa kamerası 1 düym ölçüsündə olacaq. Smartfon barəsində digər bir məlumat yoxdur. Lakin güman etmək olar ki, Xperia Pro-I smartfonunun davamçısı 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekran ilə təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bəzi məlumatlara əsasən smartfonu yaxın zamanda gözləmək lazım deyil. Belə ki, Sony onu gələn ilin əvvəlində təqdim edə bilər.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...