Logo
    main-post-cover

    Təqdimata 1 saat qalmış Galaxy Z Flip 5-in yeni real fotoları sızdırılıb

    Cihazlar+
    26.07.2023
    Emil
        Samsung Galaxy Unpacked tədbirinin keçirilməsinə 1 saat qalmış internetdə qatlana bilən qapaqlı Galaxy Z Flip 5-in yeni real fotoları ortaya çıxıb. Qeyd etmək lazımdır ki, Galaxy Z Flip 5 smartfonu Galaxy Z Fold 5 ilə birlikdə 1 saatdan sonra Galaxy Unpacked tədbiri çərçivəsində təqdim olunacaq. Sızdırılmış real fotolar Galaxy Z Flip 5 barəsində yeni bir şeyləri sərgiləməsə də, smartfonun xarici görünüşünə detallı şəkildə baxmağa imkan verirlər. Artıq aydın məsələdir ki, Galaxy Z Flip 4-dən fərqli olaraq Galaxy Z Flip 5 smartfonu böyük ölçülü xarici ekran ilə təchiz olunacaq. Bununla yanaşı yeni real fotolardan da görmək olar ki, tam qatlanmış vəziyyətdə smartfonun iki hissəsi arasında heç bir boş aralıq mövcud olmayacaq. Bu isə smartfonda yeni şarnir konstruksiyasından istifadə edildiyinə işarə edir.
    Paylaş
    Bənzər xəbərlər