Logo
    Təqdimata hazırlaşan ASUS ROG Phone 8 Pro-nun render fotoları ortaya çıxıb

    Təqdimata hazırlaşan ASUS ROG Phone 8 Pro-nun render fotoları ortaya çıxıb

    Cihazlar+
    07.01.2024
         Artıq məlumdur ki, ASUS şirkəti 16 yanvar tarixində ROG Phone 8 smartfon seriyasını təqdim edəcək. Sözügedən seriyaya ROG Phone 8 və ROG Phone 8 Pro modelləri daxil olacaqlar. İndi isə Mysmartprice saytı ROG Phone 8 Pro-nun render fotolarını təqdim edib. Beləliklə təqdim edilmiş render fotolardan görmək olar ki, ROG Phone 8 Pro smartfonu yastı ekranı və ekran üzərində kiçik dairəvi çıxıntını əldə edəcək. Smartfonun arxa panelində 3 ədəd kamera obyektivi yerləşəcək. Son məlumat sızıntılarına əsasən ASUS ROG Phone 8 Pro smartfonu 165 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.78 düym AMOLED ekran, Snapdragon 8 Gen 3 prosessoru və 65 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Təqdimata hazırlaşan ASUS ROG Phone 8 Pro-nun render fotoları ortaya çıxıb