
Təqdimata hazırlaşan ASUS Zenfone 12 Ultra-nın render fotoları və texniki imkanları təqdim edilib
Cihazlar+
03.02.2025
Emil
Artıq məlumdur ki, ASUS şirkəti 6 fevral tarixində Zenfone 12 Ultra adlı yeni flaqman smartfonunu təqdim edəcək. Bir neçə müddət bundan öncə şirkət sözügedən smartfonun bulanıq şəkildə ön panelini sərgiləmiş tizer fotosunu təqdim etmişdi. İndi isə internetdə ASUS Zenfone 12 Ultra-nın görünüşünü tam şəkildə sərgiləyən render fotoları və onun texniki imkanları ortaya çıxıb. Gözləntilərə əsasən Zenfone 12 Ultra smartfonu ASUS-un keçən ilin sonuna yaxın təqdim etmiş olduğu ROG Phone 9 flaqman smartfonunun bir qədər sadələşdirilmiş versiyası olacaq.

Render fotolara əsasən Zenfone 12 Ultra smartfonu yastı ekran dizaynını əldə edəcək. Onun arxa panelinin yuxarı sol hissəsində isə düzbucaq formalı kamera sahəsi yerləşəcək. Fotodan da görmək olar ki, kamera sahəsinin daxilində 3 ədəd kamera ilə LED işıqlandırma mövcud olacaq. Texniki imkanlara gəldikdə, məlumatda qeyd edilib ki, smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.78 düym ölçülü LTPO OLED ekranla təchiz olunacaq. Mobil oyunlarda ekranın təsvir yenilənməsi tezliyini 144 Hz-ə yüksəltmək mümkün olacaq.

Smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq və 8/16 GB RAM ilə 512 GB daxili yaddaş həcmini əldə edəcək. Kameralar mövzusunda Zenfone 12 Ultra özündə 50 MP-lik əsas arxa kameranı, 13 MP-lik ultra geniş bucaqlı kameranı, 3 qat optik zoom özəllikli 32 MP-lik telekameranı və 32 MP-lik ön kameranı birləşdirməlidir. Məlumata əsasən smartfon 65 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və üstəlik 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə sahib olacaq. Gözləntilərə əsasən Zenfone 12 Ultra-nın gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi əldə edəcək.
Mənbə: Winfuture

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Təqdimata hazırlaşan ASUS Zenfone 12 Ultra-nın yeni tizer fotosu təqdim edilib
ASUS şirkəti bir neçə müddət bundan öncə yeni flaqman smartfonunun təqdimatını anons etmişdi. Söhbət, ASUS Zenfone 12 Ultra smartfonundan gedir.

Cihazlar+
ASUS ROG Phone 9 FE-nin render fotoları və texniki imkanları təqdim edilib
ASUS keçən ilin noyabr ayında təqdim etmiş olduğu ROG Phone 9 smartfonunun büdcəli versiyası olacaq ROG Phone 9 FE-nin təqdimatına hazırlaşır.

Cihazlar+
ASUS ROG Phone 9 FE smartfonu təqdimata hazırlaşır
ASUS şirkəti keçən ilin noyabr ayında ROG Phone 9 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya adi ROG Phone 9 ilə yanaşı ROG Phone 9 Pro da daxil oldu. Bu smartfonların təqdimatlarından bir neçə müddət sonra isə məlumat ortaya çıxdı ki, şirkət adi ROG Phone 9-un büdcəli versiyası üzərində çalışır.

Cihazlar+
Təqdimata hazırlaşan ASUS Zenfone 12 Ultra smartfonu Geekbench testlərindən keçib
Biz biraz əvvəl xəbər verdik ki, ASUS şirkəti növbəti flaqman smartfonu olacaq ASUS Zenfone 12 Ultra-nın təqdimatını anons edib. Sözügedən smartfon 6 fevral tarixində təqdim ediləcək.

Cihazlar+
ASUS Zenfone 12 Ultra flaqman smartfonunun təqdimatı anons edilib
ASUS şirkəti öz növbəti flaqman smartfonunun təqdimatını anons edib. Söhbət, ASUS Zenfone 12 Ultra-dan gedir.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
