Logo
    main-post-cover

    Təqdimata hazırlaşan ASUS Zenfone 12 Ultra-nın yeni tizer fotosu təqdim edilib

    Cihazlar+
    27.01.2025
    Emil
         ASUS şirkəti bir neçə müddət bundan öncə yeni flaqman smartfonunun təqdimatını anons etmişdi. Söhbət, ASUS Zenfone 12 Ultra smartfonundan gedir. Sözügedən smartfon 6 fevral tarixində təqdim olunacaq. Təqdimat müddəti yaxınlaşdıqca şirkət bu yeni smartfon barəsində məlumatlar verməyə başlayıb. Şirkət ASUS Zenfone 12 Ultra ilə bağlı yeni tizer fotonu bölüşüb. Təqdim edilmiş tizer fotoda smartfonun ön panelinin əks olunduğunu görmək olar. Fotoya əsasən Zenfone 12 Ultra smartfonunun ekranı üzərində kiçik dairəvi çıxıntı olacaq.
         Həmçinin ekran ətrafı nazik çərçivələri də görmək olar. Bundan əlavə olaraq bu tizer foto smartfonun parlaq yaşıl rəngdə gövdəni özündə birləşdirəcəyini sərgiləyir. Zenfone 12 Ultra bir neçə müddət bundan öncə Geekbench testlərindən keçmişdi. Bunun sayəsində məlum oldu ki, ASUS-un bu yeni flaqman smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq, 16 GB RAM-ı əldə edəcək və qutudan Android 15-ə sahib olacaq. Gözləntilərə əsasən yaxın günlərdə şirkət Zenfone 12 Ultra-nın həm ön həm də arxa panelini tam aydın şəkildə sərgiləyən yeni fotoları təqdim edəcək.
    Paylaş