Logo
    main-post-cover

    Təqdimata hazırlaşan ASUS Zenfone 12 Ultra smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    15.01.2025
         Biz biraz əvvəl xəbər verdik ki, ASUS şirkəti növbəti flaqman smartfonu olacaq ASUS Zenfone 12 Ultra-nın təqdimatını anons edib. Sözügedən smartfon 6 fevral tarixində təqdim ediləcək. İndi isə məlum olub ki, bu smartfon Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən ASUS Zenfone 12 Ultra smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı Geekbench sayəsində məlum olub ki, bu yeni smartfon qutudan Android 15-i əldə edəcək. Beləliklə smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 3036 xal, çox nüvəli testi çərçivəsində isə 9656 xal toplayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Təqdimata hazırlaşan ASUS Zenfone 12 Ultra smartfonu Geekbench testlərindən keçib | Technote