
Təqdimata hazırlaşan Google Pixel Watch 3 barəsində yeni təfərrüatlar təqdim edilib
Cihazlar+
10.07.2024
Emil
Android Authority saytı yaxın zamanda təqdim olunacaq Google Pixel Watch 3 smart saatının ətraflı texniki göstəricilərini bölüşüb. Beləliklə təqdim edilmiş məlumata əsasən sözügedən smart saat bazara iki gövdə ölçüsündə satışa çıxacaq. Birinci versiya 41 mm gövdə ölçüsünə, ikinci versiya isə 45 mm gövdə ölçüsünə sahib olacaq. Məlumatda qeyd edilib ki, smart saatın ekran ətrafı çərçivəsinin qalınlığı 4.5 mm təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Google Pixel Watch 2-də ekran ətrafı çərçivəsinin qalınlığı 5.5 mm təşkil edir. Smart saatın 41 mm gövdə ölçüsünə sahib versiyası 408x408 piksel keyfiyyətli ekranı, 45 mm gövdə ölçüsünə sahib versiyası isə 456x456 piksel keyfiyyətli ekranı əldə edəcək.

Hər iki versiyada ekranın maksimal parlaqlıq səviyyəsi 2000 nit olacaq və hər iki versiya Snapdragon W5 prosessoru vasitəsilə çalışacaq. 41 mm gövdə ölçüsünə sahib versiyanın özündə 310 mAh, 45 mm gövdə ölçüsünə sahib versiyanın isə özündə 420 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir. Google şirkətinin növbəti təqdimat tədbiri 13 avqust tarixində baş tutacaq. Şirkət həmin tarixdə Google Pixel 9 smartfon seriyasını təqdim edəcək. Google Pixel Watch 3 smart saatının da məhz həmin tədbirdə təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
