Logo
    main-post-cover

    Təqdimata hazırlaşan Lenovo Legion Y700 (2024) gaming planşetinin daha bir özəlliyi açıqlanıb

    Cihazlar+
    24.09.2024
    Emil
         Lenovo şirkəti öz yeni gaming planşeti barəsində məlumatları təqdim etməyə davam edib. Söhbət, Lenovo Legion Y700 (2024)-dən gedir. Bu dəfə şirkət bu yeni planşetin təqdimat tarixini açıqlayıb və onun özəlliklərindən biri barəsində məlumat verib. Beləliklə Lenovo bildirib ki, Lenovo Legion Y700 (2024) planşeti 29 sentyabr tarixində Çində təqdim olunacaq. Bundan əlavə olaraq şirkət məlumat verib ki, yeni gaming planşetinin soyutma sistemi qismində sahəsi 10 004 kvadrat millimetr ölçülü buxar kamerası çıxış edəcək. Bu, istənilən müasir smartfonun ekranından daha böyükdür. Şirkət bildirib ki, bu cür soyutma sistemi planşetin intensiv oyunlar zamanı daha stabil performans sərgiləməsində yardımçı olacaq. Qeyd etmək lazımdır ki, şirkət artıq təsdiqləyib ki, Lenovo Legion Y700 (2024) planşeti 8.8 düym ölçülü ekrana sahib olacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq.
    Paylaş