
Təqdimata hazırlaşan OPPO Reno 14 modellərindən birinin render fotoları təqdim edilib
Cihazlar+
28.04.2025
Emil
OPPO şirkəti bu il ərzində OPPO Reno 14 smartfon seriyasını təqdim edəcək. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu seriyaya daxil olacaq modellərdən birinin render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolarda smartfonun kamera sahəsi və kənar hissəsi əks olunub. Beləliklə görmək olar ki, smartfonun arxa panelinin yuxarı sol hissəsində kvadrat formalı kamera sahəsi yerləşəcək.

Kamera sahəsinin daxilində isə 3 ədəd kamera mövcud olacaq. Bunun adi OPPO Reno 14 olub-olmadığı bilinmir. Lakin daha öncəki məlumat sızıntılarına inansaq, adi OPPO Reno 14 modeli 1.5K keyfiyyətli 6.59 düym ölçülü LTPS ekranla təchiz olunacaq, MediaTek Dimensity 8350 prosessoru vasitəsilə çalışacaq, 50 MP-lik əsas arxa kameranı əldə edəcək və özündə 80 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
