
Təqdimata hazırlaşan OPPO Find X8 Pro-nun ön paneli rəsmi şəkildə sərgilənib
Cihazlar+
08.10.2024
Emil
OPPO şirkəti artıq bu ayın sonunda OPPO Find X8 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya daxil olacaq modellərdən biri də OPPO Find X8 Pro olacaq. İndi isə OPPO şirkətinin rəhbəri OPPO Find X8 Pro-nun ön panelini sərgiləyib və smartfon barəsində bəzi məlumatları təqdim edib. Təqdim edilmiş foto Qobi səhrasında çəkilib. Məlumata əsasən şirkət nümayəndələri bu səhrada OPPO Find X8 Pro-nun peyk rabitəsi özəlliyini test ediblər və aparılmış testlər uğurla yekunlaşıb. Görmək olar ki, smartfon ekranı ətrafındakı çərçivələr simmetrik və nazikdirlər. Ekran üzərində Dynamic Island-ı xartırladan oval formalı çıxıntını görmək olar. Lakin çox güman ki, bu, Dynamic Island tərzində çalışma rejiminə keçid edən kiçik dairəvi çıxıntıdır. Yəni ekran üzərində iPhone-larda olduğu kimi fiziki şəkildə Dynamic Island çıxıntısını gözləmək lazım deyil.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
