
Təqdimata hazırlaşan OPPO Reno 11F 5G-nin yeni fotoları ortaya çıxıb
Cihazlar+
06.02.2024
Emil
Artıq məlumdur ki, OPPO şirkəti OPPO Reno 11F 5G smartfonunun təqdimatına hazırlaşır. Görünür, bu smartfonun təqdimatı artıq çox yaxındır. Belə ki, onun fotoları OPPO-nun İndoneziya üzrə saytında ortaya çıxıb. Smartfonu sayt üzərindən həmçinin ön sifariş də etmək olar. Lakin bununla belə saytda smartfonun satış qiyməti və texniki göstəriciləri əks olunmayıb. Son məlumat sızıntılarına əsasən OPPO Reno 11F 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym AMOLED ekranla təchiz olunacaq və MediaTek Dimensity 7050 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon özündə 64 MP + 8 MP + 2 MP üçlü arxa kameranı, 32 MP-lik ön kameranı və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirməlidir.



Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
