Logo
    main-post-cover

    Təqdimata hazırlaşan orta büdcəli Sony Xperia 10 VI smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    07.05.2024
    Farid
         Sony şirkəti Xperia 1 VI flaqman smartfonu ilə yanaşı həmçinin orta büdcəli Xperia 10 VI smartfonunun da təqdimatına hazırlaşır. Keçən həftə bu orta büdcəli smartfonun render fotoları ortaya çıxmışdı. İndi isə məlum olub ki, Xperia 10 VI smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar məlum olub. Beləliklə Geekbench testlərindən sözügedən smartfon XQ-ES72 model nömrəsi ilə keçib. Məlum olub ki, Xperia 10 VI Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışır.
         Geekbench testlərində smartfonun 8 GB RAM-a sahib versiyası iştirak edib. O, Geekbench-in bir nüvəli testi çərçivəsində 934 xal, çox nüvəli testi çərçivəsində isə 2816 xal toplayıb. Bununla yanaşı Geekbench sayəsində məlum olub ki, Xperia 10 VI qutudan Android 14-ü əldə edəcək. Daha öncəki məlumat sızıntılarına əsasən smartfonun üstəlik 6 GB RAM-a sahib versiyası da olacaq. Qeyd etmək lazımdır ki, Sony 17 may tarixinə təqdimat tədbirini artıq elan edib. Həmin tədbirdə Xperia 1 VI flaqman smartfonu ilə yanaşı həmçinin Xperia 10 VI də təqdim oluna bilər.
    Paylaş