
Təqdimata hazırlaşan Redmi K80-nin ilk real fotosu təqdim edilib
Cihazlar+
04.11.2024
Emil
Xiaomi-nin Redmi brendi bu ay Redmi K80 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya minimum iki model daxil olacaq. Redmi K80 və K80 Pro. İndi isə insayderlər Redmi K80 modelinin ilk real fotosunu təqdim ediblər. Təqdim edilmiş fotoda smartfonun arxa paneli əks olunub. Fotodakı smartfon qoruyucu keys daxilindədir. Fotodan da görmək olar ki, smartfonun arxa panelində dairəvi formada kamera sahəsi yerləşir. Kamera sahəsinin daxilində isə 3 ədəd kamera mövcuddur. Fotoya əsasən smartfon yastı gövdə dizaynını əldə edəcək. Gözləntilərə əsasən Redmi K80 smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq.

Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
