Logo
    main-post-cover

    Təqdimata sayılı günlər qalmış CMF Phone 1-in arxa panel dizaynı səırgilənib və ön panelinin fotosu sızıb

    Cihazlar+
    04.07.2024
    Emil
       Təqdimata sayılı günlər qalmış Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smartfonu olacaq CMF Phone 1-in arxa panel dizaynını bütünlüklə sərgiləyib. Üstəlik smartfonun ön panelinin fotosu da internetdə ortaya çıxıb. Ortaya çıxmış fotoda smartfonun bəzi əsas texniki özəllikləri əks olunub. Lakin bu barədə məlumatlar daha öncə də təqdim olunduqları üçün bu mövzuda elə də böyük bir sürpriz olmayıb.
         Beləliklə ortaya çıxmış fotoda əks olunmuş məlumata əsasən CMF Phone 1 smartfonu MediaTek Dimensity 7300 5G prosessoru vasitəsilə çalışacaq və 8 GB RAM-ı əldə edəcək. Üstəlik əlavə 2 GB həcmində virtual RAM da təqdim olunacaq. Smartfon özündə 6.67 düym ölçülü AMOLED ekranı, 128 GB daxili yaddaş həcmini, 50 MP-lik əsas arxa kameranı, 16 MP-lik ön kameranı və 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Qeyd etmək lazımdır ki, smartfonun təqdimatı 8 iyul tarixində baş tutacaq.
    Paylaş