Logo
    main-post-cover

    Təqdimata sayılı günlər qalmış Nothing Phone (2) barəsində yeni məlumatlar verilib

    Cihazlar+
    06.07.2023
    Emil
        11 iyul tarixində Nothing Phone (2) smartfonu təqdim olunacaq. Təqdimata sayılı günlər qalmış insayderlər sözügedən smartfon barəsində yeni məlumatları təqdim ediblər. Onların sözlərinə əsasən Nothing Phone (2) 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli OLED ekran, 50 MP + 50 MP ikili arxa kamera, 32 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
        Həmçinin smartfon 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə də sahib olacaq. Bununla yanaşı insayderlər smartfonun hansı müddət ərzində əməliyyat sistemi yenilənmələrini əldə edəcəyini də söyləyiblər. Məlumatda qeyd edilib ki, yeni smartfon qutudan NothingOS 2.0 interfeysli Android 13 vasitəsilə çalışacaq və 3 il ərzində əməliyyat sistemi yenilənmələrini əldə edəcək. Bununla yanaşı Nothing Phone (2) 4 il ərzində təhlükəsizlik yenilənmələrini əldə edəcək. Satış qiymətinə gəldikdə isə insayderlər bildiriblər ki, Nothing Phone (2) 512-524$-a satılacaq.
    Paylaş
    Bənzər xəbərlər